satellite   Azerspace-1: 11135 H 30000

BMT TŞ Qəzzada atəşkəslə bağlı qətnamə qəbul edib

BMT TŞ Qəzzada atəşkəslə bağlı qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası Qəzza zolağında Ramazan ayı ərzində dərhal atəşkəsə çağıran qətnaməni qəbul edib.

 Naxçıvan televiziyası xəbər verir ki, sənədin səsverməsi zamanı yalnız ABŞ bitərəf qalıb. Digər 14 ölkə, o cümlədən Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya, Çin, Fransa və Böyük Britaniya qətnamənin lehinə olub.

Qətnamə Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü tərəfindən hazırlanıb.

Sənəddə üç bənd var. Birincisi, Ramazan ayı ərzində münaqişənin bütün tərəflərinin əməl edəcəyi dərhal atəşkəs tələbini ehtiva edir.

İkinci bənd bütün girovlara tibbi və digər ehtiyaclarını ödəmək üçün humanitar yardımın təmin edilməsi ilə dərhal və qeyd-şərtsiz azad olunmasından bəhs edir.

Üçüncü bənd Qəzzaya humanitar yardım axınının artırılmasının, çatdırılmasında maneələrin aradan qaldırılmasının və Qəzzada mülki əhalinin müdafiəsinin gücləndirilməsinin təcili ehtiyacını vurğulayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM