satellite   Azerspace-1: 11135 H 30000

Rusiya NATO-nu münaqişəyə hazırlaşmaqda ittiham edib

Rusiya NATO-nu münaqişəyə hazırlaşmaqda ittiham edib

NATO-nun Şərqi Avropa və Qara dənizdəki fəaliyyəti Rusiya ilə potensial münaqişəyə hazırlıqla bağlıdır.

Naxçıvan televiziyası Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rumıniya hava bazasının genişləndirilməsi Şimali Atlantika blokunun Şərqi Avropa və Qara dəniz regionunun hərbiləşdirilməsini davam etdirməsinin bir daha sübutudur”, - məlumatda qeyd edilib.

Bildirilib ki, Polşa və Baltikyanı ölkələrdə də koalisiya potensialı gücləndirilir: “Alyansın addımları Rusiya sərhədlərinin perimetri boyunca hərbi gərginliyi artırır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM