satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb

Pakistanda güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb

Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, ölkənin Yerli təbii fəlakət idarəsinin rəsmisi Ənvər Şahzadın sözlərinə görə, əyalətinin bəzi bölgələrində güclü yağış səbəbindən evlərin damları uçub, daşqınlar baş verib və bəzi yollar bağlanıb.

Şahzad leysan yağışların səbəb olduğu sel və digər hadisələrdə əksəriyyəti uşaq olmaqla 8 nəfərin həyatını itirdiyini bildirib. Əyalətdə daşqın və damın uçması nəticəsində 12 nəfərin xəsarət aldığını vurğulayan Şahzad 2 uşağın seldə itməsi ilə bağlı məlumatı paylaşıb: “Ölənlərdən 3-ü bir ailədən olan 3-7 yaşlı bacı-qardaşdır”.

Səlahiyyətlilər təhlükəsizlik tədbirləri səbəbiylə bölgədə bəzi yolların bağlandığını açıqlayıb.

Qeyd edək ki, martın 2-də Hayber-Paxtunxva əyalətində leysan yağışlar nəticəsində bəzi evlərin damlarının uçması, bəzi evlərin sürüşmə nəticəsində torpaq altında qalması 30 nəfərin həyatına son qoymuşdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM