satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə İŞİD-lə əlaqəsi olan 51 şübhəli saxlanılıb

Türkiyədə İŞİD-lə əlaqəsi olan 51 şübhəli saxlanılıb

Türkiyənin xüsusi xidmət orqanları İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 51 nəfəri saxlayıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya xəbər verib.

“21 vilayətdə dörd gün ərzində keçirilən əməliyyatlar çərçivəsində 51 nəfər İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək saxlanılıb”, - nazir “X”dəki (keçmiş tviter) hesabında yazıb.

Daxili İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, ən çox saxlanılanlar (10 nəfər) Ankaradadır. Əməliyyatlar zamanı İŞİD-in fəaliyyətinə aid xeyli sayda sənəd ələ keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM