satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın Bakuriani bölgəsində qar uçqunu ölümlə nəticələnib

Gürcüstanın Bakuriani bölgəsində qar uçqunu ölümlə nəticələnib

Gürcüstanın Bakuriani kurort bölgəsində baş vermiş qar uçqunu nəticəsində bir nəfər həlak olub. Həlak olmuş şəxsin cəsədi üç gün davam edən axtarışlardan tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəetmə Xidməti məlumat yayıb.

Bildirilir ki, bir neçə gün əvvəl 5 nəfər Bakurianidə qar uçqunu altında qalmışdı. Xilasedicilər 4 nəfəri sağ olaraq təxliyə ediblər. Bir nəfərin axtarışları davam edib və onun cəsədi martın 31-də tapılaraq qar kütləsi altından çıxarılıb.

Axtarış işlərinə 200-ə yaxın yanğınsöndürən, sərhəd polisi helikopterləri, xilasedici pilotsuz uçuş aparatları, kinoloji xidmət və Gürcüstan Müdafiə Qüvvələrinin nümayəndələri cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM