satellite   Azerspace-1: 11135 H 30000

İsrailin şimalı Livandan atəşə tutulub, yaralanan var

İsrailin şimalı Livandan atəşə tutulub, yaralanan var

İsrailin şimal bölgələri Livandan atəşə tutulub, nəticədə bir əsgər yaralanıb.

Naxçıvan televiziyası  xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, son saatlarda Livan ərazisindən mərmilər ölkənin şimalında yerləşən Marqaliot və Malkiya yaşayış məntəqələri yaxınlığına düşüb.

Bundan əlavə, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda "Hizbullah" silahlı qüvvələrinin infrastrukturuna hücum edib. Əl-Xiyam və Rab-Taliatin yaşayış məntəqələrinin əraziləri vurulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM