satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstanda hərbi sursatın partlaması nəticəsində 9 uşaq ölüb

Əfqanıstanda hərbi sursatın partlaması nəticəsində 9 uşaq ölüb

Əfqanıstanın şərqindəki Qəzni əyalətində müharibə vaxtından qalmış hərbi sursatın partlaması nəticəsində 9 uşaq həlak olub.

Naxçıvan televiziyası Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Qəzni şəhərinin hakimiyyət orqanları məlumat yayıb. Məlumata görə, faciə əyalətin Zadran bölgəsində uşaqların ərazidə tapdıqları sursatla oynadıqları zaman baş verib.

Oxşar hadisə martın 22-də Hilmənd əyalətində də qeydə alınıb. Belə ki, əyalətin cənubunda müharibə dövründən qalmış sursatın partlaması nəticəsində üç uşaq həlak olub, daha ikisi isə yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM