satellite   Azerspace-1: 11135 H 30000

ABŞ təlimatçıları Ermənistana gəlib

ABŞ təlimatçıları Ermənistana gəlib

ABŞ-dən olan bir qrup mobil təlimatçı Ermənistan hərbçiləri ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün Ermənistana gəlib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, səfər Ermənistan-ABŞ müdafiə əməkdaşlığı çərçivəsində planlaşdırılıb: “Amerikalılar aprelin 1-dən 5-dək Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin və “Zinuj Media” dövlət qurumunun əməkdaşları ilə Müdafiə Nazirliyinin inzibati kompleksində təlim prosesi keçirəcəklər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM