satellite   Azerspace-1: 11135 H 30000

Marqarita Simonyan Ukraynaya qarşı cinayətlərdə ittiham edilir

Marqarita Simonyan Ukraynaya qarşı cinayətlərdə ittiham edilir

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rusiyalı jurnalist Marqarita Simonyanı müxtəlif cinayətlərdə ittiham edib.

Naxçıvan televiziyası xəbər verir ki, UTX-nin yaydığı məlumata görə, erməniəsilli M.Simonyan haqqında cinayət işi açılıb. O, Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən Ukraynanın ərazi bütövlüyünə qəsddə, hərbi hərəkətlərin təbliğində ittiham olunur.

“Hələ 2023-cü ildə Simonyan Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə şübhəli bilinirdi. Ukraynalıların soyqırımına çağırış edən rusiyalı təbliğatçı Marqarita Simonyanın yeni cinayətləri sənədləşdirilib. Həmin cinayətlər arasında onun 2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə öldürülməsinə dair ictimai çağırışları da var. Bundan əlavə, o, Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün dəfələrlə kampaniya aparıb”, - deyə UTX-nin məlumatında qeyd olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM