satellite   Azerspace-1: 11135 H 30000

Erməni deputat: İkinci Qarabağ müharibəsindən sonra diz çökmüşdük

Erməni deputat: İkinci Qarabağ müharibəsindən sonra diz çökmüşdük

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın hakim “Mülki Müqavilə” Partiyası nüfuzunu itirdi, bir növ öldü.

Naxçıvan televiziyası “Hraparak”a istinadən xəbər verir ki, bunu ölkə parlamentində siyasi təşkilatı təmsil edən deputat Ovik Ağazaryan deyib.

“Biz diz çökmüşdük. Amma bizə dedilər ki, qalxın, düz yoldasınız. Ona görə də müharibədən sonra “Mülki Müqavilə” Partiyası ölüb-dirildi”, - o söyləyib.

Deputatın sözlərinə görə, müharibə və qurbanların verilməsi doğru yol deyil.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi 2020-ci il sentyabrın 27-də başlayıb və noyabrın 9-da Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə başa çatıb. Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktını imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM