satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır

Rusiya XİN: KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır

Moskva və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) regionda vəziyyətin gərginləşməsi zamanı Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Zvezda” telekanalının efirində deyib.

O bildirib ki, İrəvan Qarabağla bağlı qərarlarını NATO-nun təsiri altında verib: “Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib".

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında yeni gərginlik İrəvanın Avropa İttifaqı, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM