Tatarıstanda PUA hücumu nəticəsində yaralananların sayı 14 nəfərə çatıb

Tatarıstanda PUA hücumu nəticəsində yaralananların sayı 14 nəfərə çatıb

Yelabuqa və Nijnekamska (Tatarıstan) pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 14 nəfər xəsarət alıb.

NUHÇIXAN Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan altısının müalicəsi davam etdirilir.

Ukrayna KİV-lərinin məlumatına görə, aprelin 2-də həyata keçirilmiş hücum Ukrayna Təhlükəsizlik Xidməti ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin birgə əməliyyatı olub. Yelabuqada Xüsusi İqtisadi Zona (XİZ) yerləşir. Ukrayna KİV-lərinin məlumatına əsasən, burada PUA-ların istehsal olunduğu müəssisə var. XİZ-ə hücumun hədəfi isə “Shahed” PUA-larının yığıldığı zavod olub. Nijnekamsk ərazisində isə 2022-ci ildə ildə 16,2 milyon ton neft emal edildiyi, Rusiyanın ən böyük neft emalı zavodlarının reytinqində beşinci yeri tutan TANECO zavodu yerləşir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM