Zaxarova: 1500 fransız hərbçi Ukraynaya göndərilə bilər

Zaxarova: 1500 fransız hərbçi Ukraynaya göndərilə bilər

Aprel ayında təxminən 1,5 min nəfərdən ibarət fransız hərbçi Ukraynaya göndərilmək üçün döyüşə hazır vəziyyətinə gətirilə bilər.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Parisin Ukraynaya göndərmək üçün hərbi kontingent hazırlaması ilə bağlı yeni məlumatlar ortaya çıxır. Bu məqsədlər üçün Fransa xarici legionunun komandanlığı martın əvvəlində təxminən 1500 nəfərdən ibarət batalyon taktiki qrupunun tərkibini təsdiqləyib”, - o bildirib.

Onun sözlərinə görə, aprel ayında qrupun tam döyüş hazırlığı vəziyyətinə gətiriləcəyi gözlənilir:

"Fransa tarixinin qaranlıq səhifələrini unutmalı olduğu halda, bunun əksini edir. Söhbət Ukraynadan gizli şəkildə maddi-mədəniyyət abidlərinin, o cümlədən qədim Bizans kilsə ikonalarının daşınmasından gedir. İddia edirlər ki, bunlar qorunmaq üçün aparılıb".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM