satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna və Latviya pilotsuz təyyarələrin birgə istehsalına başlayacaq

Ukrayna və Latviya pilotsuz təyyarələrin birgə istehsalına başlayacaq

Ukrayna və Latviya yaxın vaxtlarda pilotsuz təyyarələrin birgə istehsalına başlayacaq.

Naxçıvan televiziyası xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin Telegram səhifəsində yayılan məlumata görə, bu barədə iki ölkənin hökumət başçıları Denis Şmıqal və Evika Silina arasında görüş zamanı bildirilib.

Tərəflər hərbi-texniki yardım və birgə mərmi təşkili məsələlərini müzakirə ediblər.

“Yaxın vaxtlarda Ukrayna Müdafiə Qüvvələrinin ehtiyacları üçün pilotsuz təyyarələrin birgə istehsalına başlanılacağı gözlənilir”, - deyə məlumatda bildirilir.

Həmçinin bu il daha bir neçə ukraynalı əsgərin Latviyada müalicəsi ilə bağlı razılıq əldə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM