satellite   Azerspace-1: 11135 H 30000

Stoltenberq: F-16-lar Rusiya ilə müharibədə Ukrayna üçün “gümüş güllə” olmayacaq

Stoltenberq: F-16-lar Rusiya ilə müharibədə Ukrayna üçün “gümüş güllə” olmayacaq

F-16 qırıcıları Rusiya ilə müharibədə Ukrayna üçün “gümüş güllə” olmayacaq

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bunu F-16 qırıcılarının Rusiya-Ukrayna müharibəsinin gedişinə mümkün təsirini şərh edən NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Baş katibin sözlərinə görə, hər hansı bir sistem müharibənin taleyini təkbaşına həll edə bilməz:

“NATO üzrə müttəfiqlərin Ukraynaya F-16 qırıcıları verərək, həmin təyyarələr üçün silah göndərmələri və pilotlara təlim keçmələri alyansın Ukraynaya hərbi yardımlarının çox mühüm nümunəsidir.

Ancaq heç bir sistem döyüş meydanında situasiyanı təkbaşına dəyişə bilməz. F-16-lar müharibənin gedişini müəyyənləşdirəcək "gümüş güllə” deyil. Bununla belə, F-16-ların əldə olunması Rusiyanın hücumlarını dəf etmək baxımından Ukrayna ordusunun imkanlarını artıracaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM