satellite   Azerspace-1: 11135 H 30000

Rusiya: Ermənistan-ABŞ-Aİ görüşü Qafqazı qarşıdurmaya sürükləmək cəhdidir

Rusiya: Ermənistan-ABŞ-Aİ görüşü Qafqazı qarşıdurmaya sürükləmək cəhdidir

Rəsmi Moskva İrəvanı Qərbin onu aldatmasına və Ermənistanı yanlış yola salmasına imkan verməməyə çağırır.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşlə bağlı bəyanatında deyilir.

"İrəvan rəhbərliyini Qərbin özünü aldatmasına və ölkəni təhlükəsizlik boşluğunun yaranması, iqtisadiyyatda ciddi problemlər və əhalinin xaricə axını ilə dolu olan yanlış yola yönəltməsinə imkan verməməyə çağırırıq", - nazirlik vurğulayıb.

Bəyanatda qeyd edilir ki, Rusiya Ermənistan-ABŞ-Aİ görüşünü Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün növbəti cəhdi kimi qiymətləndirir. Regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə dağıdıcı müdaxiləsi ən mənfi nəticələrlə nəticələnə bilər.

Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarını həyata keçirmək üçün alətə çevirmək istəyir.

“Bizə məlumdur ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyindən çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına can atırlar”, - nazirlikdən əlavə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM