satellite   Azerspace-1: 11135 H 30000

KİV: Qərb ölkələri nəinki Ukraynanı, heç öz ordularını da silahlandırmaq istəmirlər

KİV: Qərb ölkələri nəinki Ukraynanı, heç öz ordularını da silahlandırmaq istəmirlər

Qərb ölkələri nəinki Ukraynanı, heç öz ordularını da silahlandırmaq istəmirlər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “The Daily Telegraf” nəşri yazıb.

Qeyd olunub ki, Qərbin kifayət qədər istehsal həcmi yoxdur: “Rusiyanın hücumlarının qarşısının alınması üçün Ukraynaya gündə cəmi 10 min mərmi lazımdır. Mərmi məsələsində problem pul deyil, istehsal potensialının olmamasıdır”.

Məqalədə qeyd edilib ki, hətta ABŞ-nin güclü hərbi-sənaye kompleksi belə ayda cəmi 28 min ədəd 155 mm-lik mərmi istehsal etmək iqtidarındadır: “Bu, Ukraynaya lazım olan ümumi mərmi sayının 10 faizindən də azdır”.

İddiaya görə, indi Qərb əlavə döyüş sursatı istehsalını genişləndirməyə çalışır, lakin temp aşağıdır: “Səbəb isə odur ki, Qərb sırf Ukraynanı dəstəkləmək üçün istehsalı artırmağı mənasız hesab edir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM