satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğanla Putin arasında görüşün vaxtı hələ müəyyənləşməyib

Ərdoğanla Putin arasında görüşün vaxtı hələ müəyyənləşməyib

Türkiyə və Rusiya prezidentləri arasında görüşün vaxtı hələ müəyyən edilməyib.

Naxçıvan televiziyası xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“İki ölkə arasında ən yüksək səviyyədə təmaslar hazırlanır. Onların vaxtı hələ müəyyən edilməsə də, yaxın gələcəkdə baş tutacağı gözlənilir”, - deyə Dmitri Peskov bildirib.

Kreml nümayəndəsi Rusiyadan bank köçürmələri ilə bağlı yaranan çətin vəziyyət fonunda türkiyəli həmkarı ilə görüşlərin təşkil edilib-edilmədiyi ilə bağlı suala cavabında deyib: “Bu vəziyyətdən çıxış yolu tapmaq üçün daim işçi səviyyəsində təmaslar aparılır. Mövcud problemlərin nədən qaynaqlandığı göz qabağındadır. Bu, hər iki tərəfin iqtisadiyyatına ciddi ziyan vurur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM