Ermənistanda 2024-cü ilin ilk iki ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 390 az uşaq doğulub.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Xidməti məlumat yayıb.
Qeyd olunub ki, 2024-cü ilin yanvar-fevral aylarında doğulan uşaqların sayı 5 477, 2023-cü ildə 5 867 olub.
Eyni zamanda, yanvar-fevral aylarında ölənlərin sayı 371 hadisə artaraq 4914-ə çatıb.
Ermənistanda insanlar daha çox qan dövranı sistemi xəstəlikləri, onkologiya və tənəffüs sistemi xəstəliklərindən ölürlər.
