satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın ABŞ-dəki səfiri: Ukraynanın NATO-ya daxil olması bizim üçün qəbuledilməzdir

Rusiyanın ABŞ-dəki səfiri: Ukraynanın NATO-ya daxil olması bizim üçün qəbuledilməzdir

Ukraynanın NATO-ya daxil olması bizim üçün qəbuledilməzdir. Bu, Rusiyanın milli təhlükəsizliyinə təhdiddir.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirləri Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov jurnalistlərə açıqlamasında deyib.

O, Rusiyanın qələbəsinin zəruri olduğunu bildirib:

"Yalnız Rusiya Federasiyasının fundamental maraqlarından xəbərsiz siyasətçilər gözləyə bilər ki, Kiyevin bizə düşmən olan bloka daxil olmasını qəbul edək. ABŞ rəsmilərinin Ukraynanın Alyansa üzv olması ilə bağlı bəyanatlar yayması göstərir ki, Rusiya Silahlı Qüvvələrinin döyüş meydanında qeyd-şərtsiz qələbəsi bizim üçün yeganə düzgün variantdır".

Qeyd edək ki, ABŞ rəsmiləri Ukraynanın NATO-ya yalnız münaqişə başa çatdıqdan sonra üzv olacağı barədə bəyanatlar veriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM