satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin 4 vilayətində antiterror əməliyyatı keçirilib

Türkiyənin 4 vilayətində antiterror əməliyyatı keçirilib

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkənin dörd vilayətində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatın keçirildiyini bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, “Bozdoğan-22” kod adı altında Eskişehir, Qaziantep, Samsun və Yalova vilayətlərində keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 14 nəfər saxlanılıb.

Əməliyyat zamanı terror təşkilatına aid sənədlər və rəqəmsal materiallar ələ keçirilib.

Nazir ölkənin təhlükəsizliyinə töhfə verən hüquq-mühafizə orqanları əməkdaşlarına minnətdarlığını bildirib.

“Əziz millətim əmin olsun ki, son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız durmadan davam edəcək”, - deyə Yerlikaya vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM