satellite   Azerspace-1: 11135 H 30000

Putinin andiçmə mərasimində Paşinyanın iştirak edib-etməyəcəyi bəlli deyil

Putinin andiçmə mərasimində Paşinyanın iştirak edib-etməyəcəyi bəlli deyil

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak edib-etməməsi ilə bağlı qərar hələ verilməyib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

“Əgər andiçmə mərasimində iştirakla bağlı qərar qəbul olunarsa, o zaman bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda əlavə ediləcək başqa heç nə yoxdur”, - o deyib.

Qeyd edək ki, martın 15-17-də keçirilmiş seçkilərdə Putin rəsmi olaraq yenidən Rusiya prezidenti seçilib, seçkilərin nəticələri Rusiya Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib. Qanuna əsasən, dövlət başçısının andiçmə mərasimi mayın 7-də keçirilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM