satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada 600-ü uşaq olmaqla 11 minə yaxın mülki şəxs ölüb

Ukraynada 600-ü uşaq olmaqla 11 minə yaxın mülki şəxs ölüb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında (TŞ) Ukraynadakı vəziyyətlə bağlı iclas keçirilib.

Naxçıvan televiziyası-ın məlumatına görə, iclasda BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença çıxış edib.

O bildirib ki, Ukraynada davam edən müharibədə təkcə mart ayında 57 uşaq öldürülüb.

Diplomat qeyd edib ki, iki il ərzində ümumilikdə 600-ü uşaq olmaqla 10 810 mülki şəxs müharibənin qurbanı olub.

Yença qeyd edib ki, Rusiya hər gün Ukraynanın şəhər və qəsəbələrini atəşə tutur, enerji infrastrukturunu intensiv və sistemli şəkildə hədəfə alır:

“Aramsız hücumlar nəticəsində mülki əhali hədəf alınır və artan itkidən dəhşətə gəlirik. Rusiya BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq həyata keçirdiyi işğal siyasətini davam etdirir”.

M. Yença əlavə edib ki, Ukrayna əhalisinin təxminən 40 faizinin humanitar yardıma ehtiyacı var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM