satellite   Azerspace-1: 11135 H 30000

KİV: İran 24-48 saat ərzində İsrailə cavab verə bilər

KİV: İran 24-48 saat ərzində İsrailə cavab verə bilər

İran İsrailin Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə hərbi zərbə endirməsi ilə əlaqədar Qüdsə 24-48 saat ərzində cavab verə bilər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbəyə istinadən məlumat verib.

Vurğulanıb ki, İsrail İranın şimaldan və ya cənubdan birbaşa hücumuna hazırlaşır. Eyni zamanda, nəşr qeyd edib ki, Tehran hələlik yekun qərarını verməyib.

Bundan əvvəl “Axios” portalı mənbələrə istinadən xəbər verib ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Almaniyanın xarici işlər naziri Annalena Berboka Tehranın konsulluğun atəşə tutulmasına cavab verəcəyini, lakin vəziyyətin gərginləşməsinə səbəb olmamaq üçün cavab tədbirlərinin məhdudlaşdırılacağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM