satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın bərpasına yarım trilyon dollara qədər vəsait lazımdır

Ukraynanın bərpasına yarım trilyon dollara qədər vəsait lazımdır

Ukraynanın yenidən qurulması üçün təxminən 500 milyard dollara ehtiyac var.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumatı Dünya Bankı yayıb.

Hesabata əsasən Ukraynada yenidənqurma və bərpa işlərinin dəyəri 486 milyard dollara qədər yüksəlib.

Hesabatda göstərilən məbləğ Ukrayna iqtisadiyyatının həcmindən demək olar ki, iki dəfə çoxdur.

Beynəlxalq maliyyə qurumu bildirib ki, xərclərin əhəmiyyətli hissəsi ölkənin infrastrukturunun, xüsusən də enerji sisteminin bərpası üçün tələb olunacaq.

“Bərpa sürətinin 2023-cü ildəki 4,8%-dən bu il 3,2%-ə qədər azalacağı proqnozlaşdırılır ki, bu da daha az məhsul və işçi qüvvəsi çatışmazlığını əks etdirir”, - Dünya Bankının ekspertləri deyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM