satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Prezidenti Ermənistanın baş naziri ilə görüşüb

Qazaxıstan Prezidenti Ermənistanın baş naziri ilə görüşüb

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumat Qazaxıstan Prezidenti mətbuat xidmətinin "X" hesabında paylaşılıb.

Qeyd edək ki, Qazaxıstan Prezidentinin Ermənistana rəsmi səfəri bu gün başlayıb. Onu İrəvanda "Zvartnots" hava limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.

Məlumata görə, Qazaxıstan liderinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra dövlətlərarası müqavilələr imzalanıb.

İnformasiyaya əsasən, bundan başqa, Kasım-Jomart Tokayevin Ermənistan prezidenti Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Somonyanla da görüşəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM