satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan hərbi-sənaye kompleksi müəssisələri ilə 300 milyon dollarlıq müqavilələr bağlayıb

Ermənistan hərbi-sənaye kompleksi müəssisələri ilə 300 milyon dollarlıq müqavilələr bağlayıb

Ermənistan Müdafiə Nazirliyi (MN) hərbi-sənaye kompleksi müəssisələri ilə 122 milyard dram (təxminən 312,8 milyon ABŞ dolları) dəyərində müqavilələr bağlayıb.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, 25 müəssisəyə sifariş verilib.

O bildirib ki, bir neçə növ silah və idarəetmə sistemləri sınaqdan keçirilib: “Onlar yaxın gələcəkdə silah arsenalına daxil olacaq”.

M.Ayrapetyan qeyd edib ki, hərbi-sənaye kompleksi müəssisələri ilə ümumilikdə 46 müqavilə imzalanıb: “İlin sonuna kimi sifarişlərin ümumi məbləğinin 489,7 milyon dollara çatacağı gözlənilir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM