satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb

Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb

Ukrayna “TikTok”da 83, o cümlədən tass_agency kanalını bloklayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin teleqram kanalında məlumat paylaşılıb.

Bildirilib ki, buna səbəb həmin kanalların Rusiya təbliğatını yaymasıdır.

“Dezinformasiya ilə Mübarizə Mərkəzi Rusiya təbliğatının onlayn yayılmasına qarşı çıxmaq üçün “TikTok” sosial şəbəkəsinin administrasiyası ilə rəsmi əməkdaşlığa başlayıb”, - məlumatda bildirilib.

Mərkəz, həmçinin ukraynalılara müraciət edərək təxribat fəaliyyəti həyata keçirən “TikTok” kanalları haqqında məlumat göndərmələrini xahiş edib.

Qeyd edək ki, bloklanan kanallar siyahısına tass_agency ilə yanaşı, izvestia_ru, ntvru, ren_tv_news, ria_novosti, tvrussia1, simonyan.m, shaman.me, nbaskov, fkirkorov və başqaları daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM