satellite   Azerspace-1: 11135 H 30000

İran XİN: İsrail hücuma cəhd edərsə, dərhal cavab verəcəyik

İran XİN: İsrail hücuma cəhd edərsə, dərhal cavab verəcəyik

İsrail İran İslam Respublikasına hücum etməyə cəhd edərsə, İran saniyələr ərzində cavab verəcək və bu cavab əvvəlkindən daha güclü olacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə IRNA İran xarici işlər nazirinin müavini Əli Baqeri Kaninin bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İsrail növbəti dəfə səhvə yol verərsə, Tehranın cavabı güclü və ani olacaq.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran İsraildəki hədəflərə pilotsuz uçuş aparatları və raketlərlə hücum edib, hücum dalğası təxminən beş saat davam edib. Daha sonra “The New York Times” qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “yer-yer” tipli raketi atdığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM