satellite   Azerspace-1: 11135 H 30000

Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik

Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik

Avropa İttifaqı (Aİ) İranın İsrailə qarşı cavab zərbəsinə hazırlaşdığını əvvəlcədən bilirdi, çünki bununla bağlı məlumat təşkilata bir neçə gün qabaq daxil olmuşdu.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrell Fransanın “Le Monde” qəzetinə müsahibəsində bildirib.

“Zərbədən bir neçə gün əvvəl bizə xəbərdarlıq etmişdilər”, - o qeyd edib.

J.Borrell Aİ-nin zərbənin hazırlanması ilə bağlı xəbərin haradan alındığına aydınlıq gətirməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM