satellite   Azerspace-1: 11135 H 30000

BMT Burundiyə 2,5 milyon dollar humanitar yardım ayırıb

BMT Burundiyə 2,5 milyon dollar humanitar yardım ayırıb

BMT Burundidə daşqınlardan əziyyət çəkən 30 minə yaxın insana yardım üçün 2,5 milyon dollar ayırıb.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi məlumat yayıb.

Ofisin baş katibinin müşaviri, eyni zamanda fövqəladə yardım koordinatoru Martin Qriffits beynəlxalq təşkilat və onun tərəfdaşları tərəfindən 63 mindən çox insana gigiyena, səhiyyə və maddi yardım göstərmək üçün vəsait ayrıldığını bildirib.

İlin əvvəlindən yağan güclü yağışlar Burundi boyunca, xüsusən də ölkənin cənub-qərbindəki Tanqanyika gölünün yaxınlığında şiddətli daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM