satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Gürcüstan rəsmilərinə qarşı viza məhdudiyyətləri tətbiq edəcək

ABŞ Gürcüstan rəsmilərinə qarşı viza məhdudiyyətləri tətbiq edəcək

Amerika Birləşmiş Ştatları Administrasiyası “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə Gürcüstan hakimiyyətində təmsil olunan şəxslərə viza məhdudiyyətləri tətbiq etmək üçün yeni siyasətə keçir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin yaydığı yazılı bəyanatda deyilir.

Onun sözlərinə görə, məhdudiyyətlər Gürcüstan hökumətinin rəsmilərinə, habelə onların ailə üzvlərinə şamil ediləcək.

Blinken dövlətlər arasında mövcud münasibətlərin gələcəyinə də toxunub: “Bu gün mən həm də ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayıram. Vaşinqton öz qərarlarını verərkən Gürcüstanın hərəkətlərini nəzərə alacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM