satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə beynəlxalq kosmodromun yaradılması layihəsində iştirak etməyi planlaşdırır

Türkiyə beynəlxalq kosmodromun yaradılması layihəsində iştirak etməyi planlaşdırır

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Ankaranın beynəlxalq kosmodromun yaradılması proqramında iştirak planlarını açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, Trabzonda Qara Dəniz Texniki Universitetində çıxışında Kacır bildirib ki, yeni layihədə iştirak Türkiyənin gələcəkdə kosmosa sərbəst çıxışını təmin edəcək.

Kacır, Türkiyənin on illik Milli Kosmik Proqramının ilk mərhələsinin əhəmiyyətini vurğulayıb. "Çox iddialı hədəflər qarşıya qoyulub. Yerin orbitinə müstəqil çıxışı təmin etmək üçün addımlar atılır, raket inkişaf proqramları həyata keçirilir", - deyə nazir qeyd edib.

Nazir bildirib ki, bu gün Türkiyə raket mühərriklərinin hazırlanması sahəsində lider dörd ölkədən biridir.

O, türk mühəndislərinin işlərinin Türkiyənin Ay proqramı çərçivəsində, gələcəkdə isə orbital kosmik missiyalar kontekstində uğurla həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM