satellite   Azerspace-1: 11135 H 30000

Çin MN: Ukraynadakı münaqişə tərəflərini heç vaxt silahla təmin etməmişik

Çin MN: Ukraynadakı münaqişə tərəflərini heç vaxt silahla təmin etməmişik

Çin nə Rusiyaya, nə də Ukraynaya silah vermir və ikitəyinatlı malların ixracına ciddi nəzarət edir.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) müdafiə naziri Dun Szyun Sinqapurda keçirilən “Şanqri-La Dialoq” beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

“Biz heç vaxt münaqişə tərəflərinin heç birinə silah verməmişik. Biz ikitəyinatlı malların ixracına ciddi nəzarət yaratmışıq və heç vaxt vəziyyəti qızışdıracaq heç bir iş görməmişik”, – o söyləyib.

Nazir əlavə edib ki, Çin Ukrayna məsələsində həmişə məsuliyyətli mövqe tutub və sülh danışıqlarının tərəfdarı olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM