satellite   Azerspace-1: 11135 H 30000

Antalyada Roma dövrünə aid heykəllər tapılıb

Antalyada Roma dövrünə aid heykəllər tapılıb

Türkiyənin Antalya vilayətində yerləşən Aspendos qədim şəhərinin qalıqları üzərində aparılan araşdırmalar zamanı Roma dövrünə aid təxminən iki min illik Zevs və Afrodita heykəlləri tapılıb.

Naxçıvan televiziyası xəbər verir ki, araşdırmalar Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən “Gələcəyə miras” layihəsi çərçivəsində aparılır.

Qeyd edək ki, günümüzədək gəlib çatan nadir qədim teatr binası və su kəmərlərindən birinə sahib bu antik şəhərdə ilk dəfə 2008-ci ildə başlayan səthi araşdırmalar 2022-ci ildən etibarən Afyon Kocatepe Universitetinin mütəxəssisləri tərəfindən davam etdirilir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM