satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ABŞ polisinin “Anadolu” müxbirinə qarşı güc tətbiqini pisləyib

Türkiyə ABŞ polisinin “Anadolu” müxbirinə qarşı güc tətbiqini pisləyib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik və Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Nyu-York polisinin Anadolu agentliyinin fotomüxbiri Fatih Aktaşa qarşı kobud rəftarını pisləyib.

Naxçıvan televiziyası xəbər verir ki, mayın 31-də fotojurnalist Bruklin şəhərində Fələstinə dəstək üçün keçirilən mitinqdən fotolar çəkirmiş.

Jurnalistin dediyinə görə, nümayişçilərin dağıdılmasında iştirak edən polis əməkdaşlarından biri onu sərt şəkildə itələyib, bu səbəbdən o, xəsarət alıb.

Ömər Çelik bildirib ki, mətbuat azadlığı demokratiyanın təməlidir: “Biz haqsızlıqla mübarizə aparan bütün vicdanlı jurnalistlərə dəstəyimizi davam etdirəcəyik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM