satellite   Azerspace-1: 11135 H 30000

Polşada səfərbərliklə bağlı xəbərlərin kiber-hücum olduğu təsdiqlənib

Polşada səfərbərliklə bağlı xəbərlərin kiber-hücum olduğu təsdiqlənib

Polşanın hakimiyyət orqanları hərbçilərin səfərbər edilərək Ukraynaya göndəriləcəyi ilə bağlı Polşa Dövlət İnformasiya Agentliyində (PAP) yayımlanan xəbərlərin kiber-hücum olduğunu rəsmən təsdiqləyiblər.

Naxçıvan televiziyası xəbər verir ki, rəqəmsal texnologiyalar naziri Kşiştof Qavrovski bu barədə “Gazeta Wyborczа” qəzetinə müsahibəsində deyib.

Ötən həftəsonu PAP agentliyinin saytında Polşanın Baş naziri Donald Tuskun iyulun 1-dən ölkədə qismən səfərbərlik elan edəcəyinə, həmçinin 200 min vətəndaşın hərbi xidmətə çağırılaraq Ukraynaya göndəriləcəyinə dair xəbərlər dərc edilmişdi. Sonradan həmin xəbərlər saytdan silinib və agentlik bu məlumatın ona aid olmadığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM