satellite   Azerspace-1: 11135 H 30000

KTMT Baş katibi: Ermənistan təşkilatla münasibətlərin perspektivlərinə aydınlıq gətirməlidir

KTMT Baş katibi: Ermənistan təşkilatla münasibətlərin perspektivlərinə aydınlıq gətirməlidir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ümid edir ki, İrəvan təşkilatla münasibətlərinin perspektivlərinə aydınlıq gətirəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bunu KTMT Parlament Assambleyası Şurasının iclasında təşkilatın Baş katibi İmanqali Tasmaqambetov deyib.

“Ümid edirik ki, Ermənistan siyasi rəhbərliyi KTMT ilə münasibətlərinin perspektivlərinə aydınlıq gətirəcək. Bu, ilk növbədə gələcək birgə fəaliyyətlərin tam planlaşdırılması üçün assosiasiyamızın bütün iştirakçılarının xeyrinə olardı”, - o bildirib.

Baş katib qeyd edib ki, son bir ildə erməni həmkarlar təşkilatın tədbirlərində iştiraklarını xeyli azaldıblar: “Buna baxmayaraq, qarşılıqlı əlaqənin əsas mexanizmləri işləyir. Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalır, bu ölkə qarşısında bütün öhdəlikləri hələ də qalır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM