satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda 5,4 bal gücündə zəlzələ baş verib

Gürcüstanda 5,4 bal gücündə zəlzələ baş verib

Gürcüstanın şimalındakı Raça bölgəsindəki Oni şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzindən bildirilib.

Zəlzələnin episentri Kvemo Svaneti diyarının İri kəndi yaxınlığında olub. Ocaq Yerin 10 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar yerli vaxtla saat 02:03-də qeydə alınıb.

Zəlzələ paytaxt Tbilisidə də hiss olunub.

Tələfat və dağınt barədə məlumat verilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM