satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, 2 pilot şəhid olub

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, 2 pilot şəhid olub

Türkiyənin Kayseri vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.

Naxçıvan televiziyası bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, təyyarədə olan iki pilot şəhid olub. Əraziyə axtarış-xilasetmə və yanğınsöndürmə briqadaları cəlb edilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM