satellite   Azerspace-1: 11135 H 30000

Salvinidən Makrona təklif: get Ukraynada özün döyüş

Salvinidən Makrona təklif: get Ukraynada özün döyüş

İtaliya Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini Fransa prezidenti Emmanuel Makrona təklif edib ki, Ukraynada döyüşməyə özü getsin.

Naxçıvan televiziyası xəbər verir ki, Salvini seçki tədbirlərinin birində Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi təklifi ilə bağlı sualı cavablandırarkən deyib: “Qoy dəbilqə taxıb getsin”.

Hakim koalisiyadakı Liqa partiyasının lideri olan Salvini “Messaggero” qəzetinə müsahibəsində vurğulayıb ki, “əgər biz suverenliyimizi Avropaya güzəştə getsək, bizim uşaqlar Makronun günahı ucbatından döyüş meydanında olacaqlar”.

O, daha sonra X sosial şəbəkəsində Makronun hərbi kamuflyajda, dəbilqə taxmış və əlində avtomat olan fotomontajını yerləşdirərək Avropa Parlamentinə iyunun 8-9-da keçiriləcək seçkilərdə partiyasına səs verməyə çağırıb.

Aİ-də Salvininin əsas tərəfdaşı, Makronun isə əsas rəqibi “Milli Birlik” partiyasının lideri Marin Le Pendir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM