satellite   Azerspace-1: 11135 H 30000

CAR-da daşqınlar nəticəsində 22 nəfər ölüb

CAR-da daşqınlar nəticəsində 22 nəfər ölüb

Cənubi Afrika Respublikasının (CAR) cənub-şərqində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 22 nəfər ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

İnsan itkisi KvaZulu-Natal və Şərqi Keyp əyalətlərində qeydə alınıb. 50-dən çox sakin yaralanıb.

Bundan əvvəl 18 nəfərin öldüyü bildirilirdi.

Daşqınlar başlayandan 2 mindən çox insan yüksək riskli ərazilərdən təxliyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM