satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda dövlət qurumlarının ələ keçirilməsi işi üzrə ilkin istintaq başa çatıb

Ermənistanda dövlət qurumlarının ələ keçirilməsi işi üzrə ilkin istintaq başa çatıb

Ermənistan İstintaq Komitəsi ötən ilin noyabrında ifşa olunmuş, qətl hazırlayan və dövlət qurumlarını ələ keçirməyə cəhd edən cinayətkar qrupla bağlı ilkin istintaqı başa çatdırıb.

Naxçıvan televiziyası “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, cinayətkar qrupun planlarına terror aktları həyata keçirməklə dövlət aparatının işini pozmaq daxil idi. Onların ölkə rəhbərliyinin yürütdüyü xarici siyasətlə razı olmayıblar. Planlarını həyata keçirmək üçün qrup üzvləri lazımi materialları və s. əldə ediblər. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, əməliyyatın kod adı “Şimal xəzanı” olub.

“Cəmiyyət üçün təhlükəli olan hərəkətlərdən ötrü pilotsuz uçuş aparatlarından partlayıcı cisimlərin atılması, həmçinin partlayışların məsafədən idarə edilməsinin digər üsulları işlənib hazırlanıb. Bunun üçün qrup üzvləri pilotsuz uçuş aparatını əldə edib sınaqdan keçirib, onu cinayət məqsədlərinə nail olmaq üçün modifikasiya ediblər”, - məlumatda vurğulanıb.

Bildirilib ki, əsas fəaliyyət göstərən şəxslər beş nəfər olub. Onlar haqqında materiallar ittiham aktı ilə birlikdə təsdiq olunmaq üçün prokurorluğa təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM