satellite   Azerspace-1: 11135 H 30000

BVF Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozunu artırıb

BVF Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyədə 2024-cü ildə ÜDM-nin artım proqnozunu 3,6 faizə qədər artırıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumatlar fondun iyul ayı üçün açıqlanan icmalında yer alıb.

Beləliklə, BVF Türkiyə üzrə aprel ayı proqnozunu yaxşılaşdırıb, ona əsasən isə cari ilin yekunları üzrə ölkə iqtisadiyyatının artımı 3,1 faiz səviyyəsində qiymətləndirilib.

İyul icmalına görə, Türkiyədə 2025-ci ildə ÜDM-nin artımı 2,7 faiz səviyyəsində proqnozlaşdırılır.

BVF, həmçinin qlobal iqtisadiyyatın artımı üzrə hesablamalarını bölüşüb. Fondun proqnozlarına görə, qlobal iqtisadiyyatın artımı bu il 3,2 faiz, gələn il isə 3,3 faiz təşkil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM