satellite   Azerspace-1: 11135 H 30000

Trampa qarşı sui-qəsdə cəhd göstərən gənc Britaniya Kral ailəsini də araşdırıb

Trampa qarşı sui-qəsdə cəhd göstərən gənc Britaniya Kral ailəsini də araşdırıb

ABŞ-ın sabiq Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi etmiş Tomas Metyu Kruksun Britaniya Kral ailəsinin üzvü haqqında da araşdırma apardığı məlum olub.

Naxçıvan televiziyası Britaniyanın “The Independent” nəşrinə istinadla xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı T. Kruks internetdə Britaniya Kral ailəsinin adı açıqlanmayan bir üzvü haqqında da araşdırma aparıb. Onun araşdırdığı şəxslər arasında FBI-nin direktoru Kristofer Rey və ABŞ-ın baş prokuroru Merrik Qarlandın da adları var.

Qeyd edək ki, ötən həftə Tomas Metyu Kruks ABŞ-ın Pensilvaniya ştatında seçicilərlə görüşən Respublikaçılar Partiyasının builki prezident seçkilərində real namizədi Donald Trampa atəş açıb və onu qulağından yaralayıb. O, ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən məhv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM