satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu “Hizbullah”ın elit qüvvələrinin iki komandirini zərərsizləşdirib

İsrail ordusu “Hizbullah”ın elit qüvvələrinin iki komandirini zərərsizləşdirib

İsrail hərbçiləri Livanın cənubuna endirdiyi hava hücumunda “Hizbullah”ın elit “Radvan” xüsusi təyinatlı qüvvələrinin iki komandirini öldürüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 18-də axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Cmeicma və Macdal-Səlm yaşayış məntəqələrinin kənarlarına zərbələr endirib. Onların hədəfi “Radvan” bölmələrinin komanda mərkəzləri idi.

“Zərbə zamanı “Radvan” qüvvələrinin əməliyyat bölməsinin komandiri və terrorçu Əli Cəfər Maatuk “Radvan” qüvvələrinin Hacir bölgəsindəki əməliyyatlarına cavabdeh olan digər komandirlə birlikdə məhv edilib”, – məlumatda diqqətə çatdırılıb.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Şakra kəndi ərazisində “Hizbullah”ın hərbi infrastrukturuna zərbə endirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM