satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Tramp prezident seçilərsə, onunla işləmək çətin olacaq

Zelenski: Tramp prezident seçilərsə, onunla işləmək çətin olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski əgər Donald Tramp yenidən ABŞ Prezidenti seçilərsə, onunla işləməyin çətin iş olacağını deyib.

Naxçıvan televiziyası xəbər verir ki, iyulun 18-də Oksfordda keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün Britaniyada səfərdə olan V.Zelenski BBC telekanalına müsahibə verib.

O, Donald Tramp yenidən ABŞ Prezidenti seçilərsə, onunla işləməyin çətin iş olacağını deyib. Prezident qeyd edib ki, ancaq o, zəhmətkeşdir və ABŞ-da hakimiyyətdə olan hər kəslə işləməyə hazırdır.

Volodimir Zelenski müsahibəsində Ukrayna-Britaniya münasibətlərinə də toxunub. Kir Starmerin baş nazirlik müddətinin Britaniyanın xarici siyasətində xüsusi bir dövrə damğa vuracağına ümid etdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM