satellite   Azerspace-1: 11135 H 30000

“Microsoft”dakı nasazlıq səbəbindən ABŞ-də minlərlə aviareys ləğv edilib, bankomatlar işləmir

“Microsoft”dakı nasazlıq səbəbindən ABŞ-də minlərlə aviareys ləğv edilib, bankomatlar işləmir

“Microsoft Azure” platformasındakı nasazlıqdan sonra ABŞ-də 2 300-dən çox reys ləğv edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə CNN "Cirium" analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.

Qeyd edilir ki, hazırda ABŞ-də daxili uçuşların 8,9%-i, ümumilikdə 2 382 reys ləğv olunub.

Bununla yanaşı, "Bloomberg" bildirib ki, bir neçə min "JPMorgan Chase" bankomatı "Microsoft"un nasazlığına görə sıradan çıxıb.

Hazırda bankomatların əksəriyyəti işləyir.

Agentliyin qeyd etdiyi kimi, bankın 48 ştatda 16 minə yaxın bankomatı var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM