satellite   Azerspace-1: 11135 H 30000

KİV: ABŞ Yaponiyada “Patriot” raketlərinin istehsalını artıra bilməyib

KİV: ABŞ Yaponiyada “Patriot” raketlərinin istehsalını artıra bilməyib

ABŞ “Boeing” şirkətinin istehsal etdiyi hissələrin çatışmazlığı səbəbindən Yaponiyadakı zavodlarda Ukrayna üçün nəzərdə tutulan “Patriot” zenit-raket komplekslərinin istehsalını artıra bilmir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.

"ABŞ “Patriot” komplekslərinin dünya üzrə istehsalını qısa müddətdə ildə təqribən 500 ədəddən 750 ədədə qədər artırmağa ümid edir. Lakin raket təyinatlı komplektlərin əlavə tədarükü olmadan Yaponiyada istehsalın artırılması real görünmür", - materialda bilidirilib.

Qeyd olunub ki, Yaponiyanın istehsalla bağlı qarşılaşdığı problemlər Vaşinqtonun qlobal müttəfiqlərindən daxil olan sənaye yardımını mürəkkəb təchizat şəbəkələrinə qoşmaqda çətinliklərlə üzləşdiyini göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM