satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Aİ-nin bir sıra ölkələrinə pilotsuz təyyarələr tədarük edəcək

Türkiyə Aİ-nin bir sıra ölkələrinə pilotsuz təyyarələr tədarük edəcək

Avropa İttifaqının bir neçə Aİ ölkəsi Türkiyəyə pilotsuz uçuş aparatları (PUA) sifariş edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Qərb ölkələri indi bizim pilotsuz uçuş aparatlarımız üçün bir-birinin ardınca sifarişlər verirlər”, - dövlət başçısı vurğulayıb.

Ərdoğan konkret dövlətlərin adını çəkməsə də, qeyd edib ki, söhbət Avropa İttifaqı ölkələrindən gedir.

Bundan əvvəl Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar Kiyev yaxınlığında pilotsuz uçuş aparatları istehsal edəcək zavodun tikintisinə başlanıldığını açıqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM